Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

17-07-2023 , 15:05

3793

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Yerli ödənişlərin yığımı: mövcud  problemlər və həlli yolları 


Yerli büdcənin gəlirlərinin tərkib hissəsi olan yerli ödənişlərdə yaranan problemlər çoxdur. Bələdiyyə ərazisində fəaliyyət göstərən mehmanxana və sanatoriya-kurort müəssisələrində  xidmət göstətilən  şəxslərdən, bələdiyyənin qərarı əsasında müəyyənləşdirilmiş məbləğin, yəni yerli ödənişin tutulub bələdiyyə büdcəsinə köçürülməsini həmin müəssisələrin rəhbərləri təmin etmirlər. 

Mərdəkan bələdiyyəsi ərazisində fəaliyyət göstərən sanatoriyya rəhbərlərinə 2017-ci ildə rəsmi məktub ünvanladığımıza baxmayaraq məktubumuzu cavablandırmadılar. Həmin sanatoriyalarla  bağlı  Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasına rəsmi müraciət edik. Məktubumuza cavab olaraq bildirdilər ki,  sanatoriyalarda yollayışlara xidmət göstərilən şəxslər yaşlı nəslin nümayəndələri olduqları üçün həmin şəxslərdən yerli ödənişin tutulub bələdiyyə büdcəsinə köçürülməsini təmin edə bilmərik. Sanatoriya rəhbərlərinin sanatoriyada qeydiyyata düşmüş  şəxslərdən yerli ödənişin tutulub bələdiyyə büdcəsinə köçürülməsini təmin etmələri üçün 2018-ci il tarixdə bələdiyyənin qərarı əsasında Xəzər rayon İcra şöbəsinə müraciət etdik. Görülən tədbirlər nəticəsində sanatoriya rəhbərləri və Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının nümayəndələri ilə görüş keçirildi.

Həmin görüşdə Həmkarlar İttifaqı Konfederasiyasına ünvanladığımız məktub necə cavablandırılmışdırsa, eynilə “sanatoriyalarda yollayışla xidmət göstərilən şəxslərdən yerli ödənişin tutulub bələdiyyə büdcəsinə köçürülməsini təmin edə bilmərik” deyə söylədilər. Hazırda həmin sanatoriyalarda yollayışsız  qeydiyyata düşən şəxslərdən yerli ödənişin tutulub bələdiyyə büdcəsinə nağdsız qaydada köçürülməsi təmin edilir, lakin  bələdiyyə büdcəsinə köçürülən yerli ödənişlərin hesablanmasının və ödənilməsinin düzgünlüyünü bələdiyyə araşdıra bilmir, çünki bələdiyyənin elə bir səlahiyyəti yoxdur. 

Yalnız bələdiyyə dövlət vergi xidməti orqanının keçirdiyi səyyar vergi yoxlamalarında iştirak etdiyi halda araşdırma apara bilər. Bunun üçün bələdiyyə  dövlət vergi xidməti orqanının keçirdiyi səyyar vergi yoxlamalarında bələdiyyənin vergi xidməti orqanının iştirakı barədə dövlət vergi xidməti orqanına rəsmi qaydada müraciət etməlidir. Belə olan halda, demək olar ki, bələdiyyənin sanatoriya və mehmanxanalarda araşdırma aparması mümkün deyil, çünki bir neçə il bundan öncə dövlət vergi xidməti orqanına həmin obyektlərdə keçiriləcək  səyyar yoxlamada bələdiyyənin vergi xidməti orqanının iştirakı barədə məktub ünvanlamışdıq, lakin müraciətimiz cavablandırılmadı. Keçirilən bu iclasda iştirak edən dövlət vergi xidməti orqanının nümayəndələri, yəqin ki, bununla bağlı hər hansı bir tədbir görəcəklər. Əgər səyyar yoxlamada bələdiyyənin iştirakı təşkil ediləcəksə, dövlət vergi xidməti orqanı tərəfindən keçirilən səyyar yoxlamanın  müddəti barədə bələdiyyələrə qabaqcadan məlumat verilməlidir, çünki səyyar vergi yoxlamasında iştirak edən bələdiyyənin vergi xidməti orqanının vəzifəli şəxsinə müvafiq yoxlamanın keçirilməsində iştirakı barədə bələdiyyənin qərarı verilməlidir.

 Yerli ödənişin tərkib hissəsi olan hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün edilən ödənişlərdə də mövcud problemlər çoxdur. İxtisaslaşdırılmış avtomobil dayanacaqların sahibləri müxtəlif bəhanələr gətirərək ödəniş etməkdən imtina edirlər. Bələdiyyələr isə qərar əsasında dayanacaqlar üçün yer ayırmaqda maneələrlə qarşılaşırlar. 

Digər ödənişlər, yəni daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı ödəniş, bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, icarəyə və istifadəyə verilməsindən daxil olan ödəniş, bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödəniş demək olar ki, Bakı şəhəri üzrə bələdiyyələrdə  tətbiq edilmir. Bunun da əsas səbəbi bələdiyyə mülkiyyətinin müəyyənləşdirilməməsidir. 

Yerli büdcə bələdiyyə səlahiyyətlərini həyata keçirmək üçün formalaşan və istifadə olunan maliyyə vəsaitidir. Yerli ödənişlərlə bağlı yaranan problemlər isə yerli büdcənin formalaşmasına mənfi təsir edir. Hal-hazırda bələdiyyə büdcəsi əmlak, torpaq vergisi hesabına formalaşır. Əgər vergi ödəyiciləri qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqlarından istifadə edib, 15 avqusta qədər onlara hesablanmış vergi borclarını ödəməsələr, deməli bələdiyyə büdcəsində kifayət qədər maliyyə vəsaiti olmayacaq. Büdcədə vəsait olmadığı halda isə bələdiyyə öz səlahiyyətlərini həyata keçirə bilməyəcək. Belə problemlərin yaranmaması üçün istər yerli vergilərdə, istərsə də yerli ödənişlərdə yaranan mövcud problemlə aradan qaldırılmalıdır.

Möhübbət Müradov

Xəzər rayonu, Mərdəkan bələdiyyəsi vergi xidmətinin müdiri

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bir yubileyin yaratdığı əks-səda  

Gündəlik Xəbərlər
16-11-2024
244

Söhbət o insandan gedir ki,...

Gündəlik Xəbərlər
13-11-2024
258

Gənclər Mərkəzi bu rayonlarda tədbir keçirib - FOTO

Gündəlik Xəbərlər
06-11-2024
222

Eldar Əzizov Bağırov körpüsündə 

Gündəlik Xəbərlər
26-10-2024
264